AzVision.az xəbər verir ki, bunu parlamentin "Hayastan" fraksiyasının deputatı Andranik Tevanyan "Bekum" Gənclər Forumunda çıxışı zamanı deyib.
“Hazırda Ermənistan Respublikası fiziki olaraq 2 faktora görə mövcuddur. Bu faktorlar Rusiya və İran İslam Respublakısıdır. Əgər qeyd etdiyim 2 amil olmasa, Ermənistan və "Dağlıq Qarabağ" da olmayacaq. İran Sünik naminə qarşıdurmaya belə girməyə hazırdır. Ermənistan-Türkiyə sərhədi rus qoşunları tərəfindən qorunur. Bundan başqa Qarabağdakı ermənilər rus qoşunları sayəsində "müdafiə olunur". Hökumət isə təbliğat aparır ki, Rusiya sizin düşməniniz, Türkiyə isə dostunuzdur. Onlar sizi inandırırlar ki, biz Azərbaycanla münasibətləri onların istədiyi kimi tənzimləyə və birgə yaşaya bilərik”, - Andranik Tevanyan qeyd edib.
Tural Tağıyev
AzVision.az