İrandan İrəvana daha bir dəstək - Minatəmizləyənlərə təlim keçəcəklər

      İrandan İrəvana daha bir dəstək -    Minatəmizləyənlərə təlim keçəcəklər
  16 Fevral 2023    Oxunub:1001
İran Ermənistana minatəmizləmə işlərində dəstək olacaq. AzVision.az xəbər verir ki, bununla bağlı iki ölkə arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi Ermənistanın "Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzi" və Tehranın Minatəmizləmə mərkəzinin nümayəndələri imzalayıblar. Ermənistanın "Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzi"nin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, İranın aidiyyəti qurumunun direktor Məhəmməd Hüseyn Əmir Əhmədinin rəhbərlik etdiyi heyət mərkəzi ziyarət edib.

Tehran İrəvan metrosunu inkişaf etdirəcək
İranlı nümayəndələr qurumun fəaliyyəti və imkanları ilə tanış olublar, həmçinin sahələrdə praktiki təlimləri izləyiblər.

"Direktoru Vahinak Sarkisyan İrəvanla Tehran arasında minalardan müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Öz növbəsində, Əhmədi Ermənistandakı görüşün tərəfdaşlığın gələcək inkişafı üçün əsas olacağına ümid etdiyini bildirib. O, həmçinin qeyd edib ki, İran tərəfi genişmiqyaslı və uzunmüddətli əməkdaşlığa hazırdır. Həmsöhbətlər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib, İranın beynəlxalq təlim mərkəzində erməni mütəxəssislərin hazırlanması imkanlarını nəzərdən keçiriblər", - məlumatda yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Ermənistan   Minatəmizləmə  





Xəbər lenti