"Ermənistan bizim üçün mühüm oyunçudur" -İranlı nazir

   "Ermənistan bizim üçün mühüm oyunçudur"    -İranlı nazir
  28 Fevral 2023    Oxunub:1003
"Ermənistan İranın Avrasiya İqtisadi Şurası bazarına daxil olması üçün mühüm oyunçu sayılır".
AzVision.az xəbər verir ki, bunu İranın kooperasiya, əmək və sosial təminat naziri Seyid Sulat Mortazavi İrəvanda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla görüşündə deyib.

"Dövlətimiz İranla Rusiyanın sayəsində mövcuddur" - Erməni deputat
Mortazavi qeyd edib ki, Ermənistan və İran iki ölkə arasında ticarətin həcminin artırılması və iqtisadi əlaqələrin səviyyəsinin yüksəldilməsi üzərində işləməlidir.

Tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Ermənistanda infrastrukturun inkişafında İran şirkətlərinin potensialından istifadənin vacibliyi xüsusi olaraq vurğulanıb.

Mortazavi qeyd edib ki, İran şirkətlərinin əksəriyyəti Ermənistanda yol infrastrukturunun xüsusən də dəmir yollarının və tunellərin inkişafına töhfə verməyə hazırdır.

Xatırladaq ki, bir müddət öncə ticarət attaşesi Vardan Kostanyan 2023-cü ildə Ermənistanda İran kapitalı ilə iki böyük müəssisə - İrəvanda ticarət mərkəzi və Armavir vilayətində zavod açılacağını bəyan etmişdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İran  





Xəbər lenti