"Moskvadan lazımsız xəstə davranışlar gəlir" - Simonyan

   "Moskvadan lazımsız xəstə davranışlar gəlir" -   Simonyan
  28 Fevral 2023    Oxunub:914
Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyaya dair diqqət çəkən fikirlər səsləndirib. Simonyan belə hesab edir ki, Moskva digər ölkələrin (ABŞ və Qərbin - red.) Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddindən artıq emosional və əsəbi reaksiya verir.
O, Bakı ilə münasibətlərin tənzimlənməsində Moskvanın rolunu şərh edərkən deyib ki, Kreml anormal mövqe sərgiləyir: "Moskvanın öz rolu var. Bunun olmaması qeyri-mümkündür. Çünki orada (Azərbaycan ərazilərini nəzərdə tutur-red.) rus sülhməramlıları yerləşdirilib.

Simonyan: "Sülh sazişi ilə bağlı konsensuslar əldə olunub"
Amma buna baxmayaraq, mən hər iki tərəfin müsbət bir şey etməyə çalışdığı vaxtda Moskvadan gələn xəstə hərəkətləri və əsəbi reaksiyaları lazımsız hesab edirəm. Onlar gərəkdiyindən çox emosionaldırlar".

Simonyanın sözlərinə görə, Rusiya tərəfinin proseslərə sərgilədiyi reaksiyası daha sakit və təmkinli olmalıdır.

Moskva vəziyyəti anlamalıdır ki, Ermənistanın öz maraqları və təhlükəsizliyi var. Yəni İrəvan maraqlarını “geosiyasi vəziyyətə, kiminsə istəklərinə və ya qısqanclığına baxmayaraq” təmin etməlidir.

Parlament sədri jurnalistin Moskvanın niyə mövqeyini dəyişməsi, Sergey Lavrovin İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına gətirib çıxara biləcək hər hansı təşəbbüsləri alqışlamasına dair sualına cavabı da diqqət çəkib. Spiker qeyd edib ki, “onlar həmişə belə deyirlər”. O, jurnalistləri açıq söhbətə çağırıb: "Onlar Ermənistanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatçısı olublar və burada Rusiyanın hərbi bazası var. Bizim razılaşmalarımız da buna yönəlib. Siz haradasınız?! Niyə daha fəal deyildiniz? Biz həll yollarını tapacağıq", - Simonyan bildirib.

Eyni zamanda o əlavə edib ki, əgər Rusiya tərəfi İrəvanla Bakı arasındakı münaqişəni başqa yolla həll edə bilsə, Ermənistan bunu ancaq alqışlayacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti