Putin Kadırovun 17 yaşlı oğlu ilə görüşüb

Putin Kadırovun 17 yaşlı oğlu ilə görüşüb
  04 Mart 2023    Oxunub:1022
Rusiya prezidenti Vladimir Putin “Birincilər Hərəkatı” gənclər təşkilatının regional şöbəsinin şura sədri, 17 yaşlı Axmat Kadırovla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Axmatın atası, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat yayıb.

Qeyd edilir ki, görüş qeyri-rəsmi olub. Çeçenistanın birinci prezidentinin nəvəsi Putinə regionda aparılan gənclər siyasəti barədə məlumat verib.

Putin Kadırovun anasını “Şərəf” ordeni ilə təltif etdi
"Vladimir Vladimiroviç Axmata babasının hansı prinsipləri rəhbər tutduğunu və gələcək dinc həyatı necə gördüyünü, nə xəyal etdiyini və düşündüyünü, dostluqlarının necə başladığını və görüşlərinin necə keçdiyini söylədi", - Ramzan Kadırov yazıb.

Rusiya Federasiyasının prezidenti Axmat Kadırovu yaxın vaxtlarda keçirəcəyi toy məclisi münasibətilə də təbrik edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çeçenistan   Putin  





Xəbər lenti