"Hazır olun, Qərb AES-imizi bağlayacaq" - Babayan

   "Hazır olun, Qərb AES-imizi bağlayacaq"   - Babayan
  07 Mart 2023    Oxunub:1345
Ermənistanın "İslahatçılar" Partiyasının sədri Vahan Babayan diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, ölkəsində olan Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinə son qoyulması ehtimalının artıdığını iddia edib.

İrəvan AES-in "ömrü"nü daha 10 il uzadır
“Qərbin Ermənistanı Rusiyanın təsirindən çıxarmaq planlarından biri də bizim AES-i bağlamaqdır. Təbii ki, rusların məşhur 102-ci hərbi bazası belə bu proseslərdə əhəmiyyət kəsb edir. Amma atom elektrik stansiyaları məsələsi daha önəmlidir", - siyasətçi iddia edib.

Babayan AES-in bağlanmasının müxtəlif səbəblərə bağlanacağını deyib.

"O zaman Ermənistan başqa ölkələrin enerji resurslarından asılı vəziyyətə düşəcək və Rusiya ən mühüm təsir alətlərindən birini itirəcək. Əminəm ki, bu, Qərbdə hazırlanan ən ciddi layihələrdən biridir. Bu arada qeyd edim ki, xalq yenə də məlum geosiyasi mübarizənin qurbanına çevriləcək".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   AES  



Xəbər lenti