Fransalı deputat: "Zelenski Avropanı münaqişəyə sürükləmək istəyir"

      Fransalı deputat:    "Zelenski Avropanı münaqişəyə sürükləmək istəyir"
  10 Mart 2023    Oxunub:865
"Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin məğlubiyyət qorxusuna görə Avropanı münaqişəyə sürükləməyə çalışır".
AzVision.az xəbər verir ki, bunu Avropa Parlamentinin Fransadan olan deputatı Tyeri Mariani “İzvestiya”ya müsahibəsində deyib.

"Putinin uğurları Kiyevin kapitulyasiyası qorxusunu artırır" - Makfol
Deputatın sözlərinə görə, Zelenski başa düşür ki, Silahlı Qüvvələrin və texnikaların tükənməsi sonda məğlubiyyətə gətirib çıxaracaq. Marini həmçinin qeyd edib ki, belə amil dünya tarixində ilk dəfə deyil ki, baş verir. Yəni bir insanın ambisiyaları bütün dünyanı müharibə ilə hədələyir.

Millət vəkili əminliklə bildirib ki, münaqişəyə son qoymağın ən yaxşı yolu əvvəllər fransalı deputat, Milli Cəbhə Partiyasının lideri Marin Le Pen tərəfindən təklif olunan sülh konfransının keçirilməsidir.

Xatırladaq ki, Marin Le Pen bir müddət əvvəl xəbərdarlıq etmişdi ki, Ukrayna münaqişə qeyri-müəyyən müddətə uzanacaq. Çünki Kiyev NATO olmadan bu müharibədə qalib gələ bilməyəcək. NATO-nun "oyun"a girməsi isə yalnız bir şey deməkdir - dünya müharibəsi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Deputat   Ukrayna   Rusiya   Avropa  





Xəbər lenti