Evsiz qalan keçmiş erməni döyüşçülər etiraz edirlər

 Evsiz qalan keçmiş erməni döyüşçülər etiraz edirlər
  13 Mart 2023    Oxunub:1321
Ermənistan Müdafiə Nazirliyinə məxsus olmuş binadan çıxarılan vətəndaşlar Dövlət Gəlirləri Komitəsinin qarşısında etiraz aksiyası keçiriblər.
AzVision.az xəbər verir ki, əsasən keçmiş döyüşçülərdən ibarət olan etirazçılar ortalıqda qalmalarından şikayətləniblər.

Aksiya fəallarından biri Aram Xanzadyan jurnalistlərlə söhbətində deyib ki, etirazçılar Dövlət Gəlirləri Komitəsinin rəhbərindən müəmmalı məsələlərə, haqlı suallara cavab verməsini tələb edirlər.

İrəvanın “Firdovsi” məhəlləsinin sakinləri aksiya keçiriblər
“Bizi binadan çıxarıblar. Əgər bina qəzalı vəziyyətdədirsə, bizə bunun təsdiqini göstərsinlər və oradan köçürülməyimizi əsaslandırsınlar”, - Xanzadyan gileylənib.

O qeyd edib ki, binadan qovulmuş 20-yə yaxın ailə yataqxanaya yerləşdirilib. Yerdə qalan onlarla ailə isə sadəcə küçələrdə məskunlaşıblar. Sakinlər Müdafiə Nazirliyinin keçmiş binasının qarşısında çadırlar qurublar, məsələ həll olunmayana qədər ərazini tərk etməyəcəklərini bəyan ediblər.

Aksiyanın digər iştirakçısı Artak Melkumyan isə vurğulayıb ki, o, tərk etdikləri binaya 2 milyon dram xərcləyib. İndi kimin bu xərci ona kompensasiya edəcəyini bilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti