Putin: "Rusiya silah istehsalını əhəmiyyətli dərəcədə artırır"

   Putin:    "Rusiya silah istehsalını əhəmiyyətli dərəcədə artırır"
  15 Mart 2023    Oxunub:885
"Rusiya silah istehsalını əhəmiyyətli dərəcədə artırır".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Baş Prokurorluğun kollegiya iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, hazırda ölkə üçün vacibdir və bu siyasət gələcəkdə də lazım olacaq.

Putin:"Müharibə iştirakçıları pul və müavinətlərlə təmin edilməlidirlər"
"Prokurorlar müdafiə sənayesi müəssisələrinin modernləşdirilməsinə, o cümlədən əlavə silah istehsalı üçün potensialın yaradılmasına nəzarət etməlidir", - Putin göstəriş verib.

Prezident onu da əlavə edib ki, dövlət müdafiə sifarişi və müdafiə sənayesi müəssisələri üçün ayrılan vəsait rasional xərclənməlidir. Öz növbəsində, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov çıxışında qeyd edib ki, prokurorlar Ukraynada müharibə başladıqdan sonra müdafiə sənayesi müəssisələrində xüsusi nəzarət proseduru tətbiq ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Rusiya  





Xəbər lenti