“Mən bunda (Tehran və Ər-Riyad arasında yaxınlaşma prosesi - red.) Yaxın Şərqdəki strateji vəziyyətdə əhəmiyyətli dəyişiklik görürəm... Səudiyyəlilər indi ABŞ-la Çinə qarşı oynayaraq öz təhlükəsizliklərini balanslaşdırırlar”, - məqalədə yazılıb.
O, 1970-ci illərdəki təcrübəsini xatırladaraq qeyd edib ki, prezident Riçard Niksonun Çinlə tarixi əlaqələri zamanı Pekin və Moskva arasında gərginliyi aradan qaldıra biliblər.
"Çin son illər deyirdi ki, yeni dünya nizamının inkişafı prosesində iştirak etməlidir. İndi o, bu istiqamətdə mühüm addım atıb", - siyasətçi fikirlərinə əlavə edib.
Pekin suda batan Tehrana "saman çöp"ü kimi görünür |
Xatırladaq ki, Tehran və Ər-Riyad arasında diplomatik əlaqələr 2016-cı ildə tanınmış şiə ilahiyyatçısı Nimr əl-Nimrin edamına etiraz edənlərin Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücumundan sonra kəsilmişdi.
Tural Tağıyev
AzVision.az