The Wall Street Journal: "200-ə yaxın ABŞ bankı bağlana bilər"

      The Wall Street Journal:    "200-ə yaxın ABŞ bankı bağlana bilər"
  18 Mart 2023    Oxunub:1002
ABŞ iqtisadçıları Silikon Vadisi Bankının (SVB) iflası fonunda 200-ə yaxın Amerika kredit təşkilatının risk altında olduğunu müəyyən ediblər.
AzVision.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb.

Qlobal böhranın ayaq izləri: ABŞ banklarının uğursuzluğu təşviş yaradır
Məqalədə qeyd olunur ki, SVB yüksələn faizlərin bankın aktivlərinin dəyərini aşağı saldıqdan və müştərilərin sığortalanmamış əmanətlərini geri götürməsindən sonra dağılıb. İqtisadçılar araşdırma apararaq oxşar risklərə məruz qala biləcək daha 186 bank aşkar ediblər.

Mütəxəssislər FED-in uçot dərəcəsinin artırılması kampaniyası zamanı bankların itkilərini də hesablayıblar. Həmçinin onlar sığortalanmamış əmanətçilərdən bank maliyyələşdirməsinin payını öyrəniblər.

“ABŞ-ın 186 bankında sığortalanmamış əmanətçilər tərəfindən pul vəsaitlərinin çıxarılması halında sığortalı müştərilər bankın kifayət qədər aktivlərinə malik olmadığı üçün amortizasiya ilə üzləşə bilər”, - məqalədə yazılıb.

Maraqlıdır ki, ABŞ prezidenti Co Bayden ölkədə bank böhranının olmayacağına inanır. Jurnalistlərin ölkədə banklarla bağlı vəziyyətin sabitləşəcəyi ilə bağlı sualına Amerika lideri belə cavab verib: “Bəli”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Bank  





Xəbər lenti