İrəvan Göbbelsin "10 qızıl qaydası"nı necə tətbiq edir? - Erməni siyasətçinin şərhi

 İrəvan  Göbbelsin "10 qızıl qaydası"nı  necə tətbiq edir? -  Erməni siyasətçinin şərhi
  28 Mart 2023    Oxunub:1934
"Ermənistanın hazırkı rəhbərliyi faşist Almaniyasının dövlət xadimi olmuş Cozef Göbbelsin təbliğat qaydaları ilə yaşayır və fəaliyyət göstərir". AzVision.az xəbər verir ki, bunu erməni siyasətçi Artur Tovmasyan deyib.
O, "Jam" saytı üçün yazdığı təhlildə qeyd edib ki, İrəvan hazırda Göbbelsin məlum təbliğat siyasətinə uyğun davranır, insanları necə zombiyə çevirmək barədə 10 qaydadan istifadə edir.

"Yeri gəlmişkən, Hitler 1933-cü ildə Almaniyanın kansleri, 1934-cü ildə isə fürer olanda da bu təbliğat texnologiyasının qaydalarından istifadə etdi və nəticəni hamınız gözəl bilirsiniz", - Tovmasyan qeyd edib.

O, Göbbelsin məşhur qaydalarını sadalayıb.
• Birinci şərt odur ki, əgər hakimiyyət insanların ruhunu ələ keçirməsə, ölkədəki silah sayının heç bir əhəmiyyəti olmaz.
• İkinci qayda isə təbliğatın yeganə məqsədinin kütlənin emosiyalarını "oğurlamaq" olmasıdır.
• Üçüncü qaydaya görə bu məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edilməlidir. Təbliğatın təsirinin effektli olması vacibdir.

Təhlildə həmçinin faşistlərin istifadə etdiyi dördüncü qayda -"effektli beyin yuma proqram"ı da xatırladılıb.

Ermənistanla faşist Almaniyasının oxşarlıqları nədir?
Beşinci qayda da Paşinyan hakimiyyəti üçün xarakterik olub. Bu, yalanın bilərəkdən geniş yayılması fonunda ona daha çox insanın inanmasıdır. Yəni hər yerdə yalanı təbliğ etsəniz, kütlə məcburən onu qəbul edəcək.

• Altıncı qayda da diqqət çəkir. Kütlənin ona təqdim olunan informasiyaya heç bir şübhəsi olmasın deyə, rəhbərlər mesajları mümkün qədər sadə, ifrat intellektuallıq olmadan təqdim etməlidir. Göbbels deyirdi ki, "yadda saxlayın, təbliğatın ən pis düşməni intellektuallıqdır".
• Yeddinci qayda isə budur ki, təbliğat insanların şüuruna deyil, hisslərinə, emosiyalarına təsir etməlidir. Bunun üçün də təbliğati işlər parlaq şəkildə təqdim olunmalıdır.

İrəvanın Göbbelsdən bəhrələnərək istifadə etdiyi səkkizinci qaydada isə yazılıb ki, "təbliğat mesajları sadə insanlar üçün başadüşülən olmalıdır. Üstəlik, paytaxt sakinlərinə ünvanlanan bəyanat və mesajlar əyalətlərdə yaşayanlardan fərqli olmalıdır". Yəni belə çıxır ki, hara getsən eyni tonda eyni üslubda nitqlər qurulmamalıdır.

Göbbelsin sonuncu qaydaları da bugünkü İrəvan rəhbərliyi üçün xarakterik olub: Liderlə xalqın həmrəyliyi təbliğ olunarkən onların arasına girən başqa siyasi formasiyalar istisna edilməlidir. Onlara xalq düşməni demək lazımdır, çünki belə "lider"ə qarşı çıxan xalqa qarşı çıxmaya bilməz. Həmçinin kilsənin də rolu azaldılmalıdır. Çünki kilsə və xristianlığa olan inam liderə inamla əvəz olunmalıdır. İki inancınız ola bilməz... İsa Məsihin dəyərini azaltmaq lazımdır. Qeyd etmək lazımdır ki, bugünkü Məsih indiki rəhbərinizdir.

Üstəlik, bütün bu fikirlər cəmiyyətə yüksək pafosla təqdim edilməlidir ki, sadə vətəndaşların hisslərinə təsir göstərə bilsin.

• Nəhayət, onuncu qayda. Eyni şeyi dəfələrlə təkrarlamaq lazımdır ki, məlum informasiyanın çoxluğu keyfiyyətini üstələsin. Əsas odur ki, bu məlumatlara mümkün qədər çox insan inansın.

Siyasətçi sonda qeyd edib ki, Göbbelsin "qızıl qayda"ları hakimiyyətə bağlı konkret saytlar və saxta dövlət kanalları vasitəsilə həyata keçirilir.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Faşist   İrəvan  





Xəbər lenti