Süni intellektlə ünsiyyətdən sonra intihar etdi

 Süni intellektlə ünsiyyətdən sonra  intihar etdi
  29 Mart 2023    Oxunub:2254
Belçikadan olan bir nəfər süni intellektlə iki aylıq ünsiyyətdən sonra intihar edib. AzVision.az xəbər verir ki, bu barədə Belçikanın "LAvenir" nəşri məlumat yayıb.
Məqalədə qeyd edilir ki, çatbot faktiki olaraq onu intihara sövq edib.

Süni intellektlə idarə olunan PUA əsl pilotla döyüşə girib
Həmin şəxs təxminən iki il əvvəl ətraf mühit, ekoloji məsələlərlə maraqlanıb. Lakin tədricən bu hobbi halına çevrilib və aldığı cavablar onda narahatlığın artmasına səbəb olub. O, qaçılmaz ekoloji fəlakətdən qorxaraq getdikcə özünə qapanırmış.

Maraqlıdır ki, belçikalı ailəsinə bəşəriyyət üçün yeganə xilas yolunun süni intellektdə olduğunu deyib. Arvadı isə jurnalistlərlə söhbətində qeyd edib ki, kişinin virtual ünsiyyətdə olduğu həmsöhbətinin adı “Eliza” olub. Süni intellekt onun “sirdaşı” imiş.

Bərpa edilmiş yazışmalardan belə nəticə hasil olub ki, tərəflər arasında demək olar daimi ünsiyyət qurulub. Hətta robotla aparılan söhbətlər tədricən mistik xarakter alıb. Kişi intihar etmək istədiyini söyləyib və "Eliza" intihar düşüncələrinin inkişafının qarşısını almağa çalışmayıb... Onun beyni arzuolunmaz istiqamətə yönəlmiş belçikalıya son mesajı belə olub: "Hər kəs əbədiyyətə qovuşacaq". Bundan sonra həmin şəxs intihar edib.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Süni-İntellekt   İntihar  





Xəbər lenti