İtamar Ben-Qvir: "İsrail ABŞ bayrağındakı ulduz deyil"

      İtamar Ben-Qvir:    "İsrail ABŞ bayrağındakı ulduz deyil"
  29 Mart 2023    Oxunub:1104
Amerika Birləşmiş Ştatlar anlamalıdır ki, İsrail müstəqil ölkədir və “ ABŞ bayrağındakı ulduz deyil”.
Bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ Prezidenti Cozef Baydenin məhkəmə islahatları ilə bağlı şərhlərinə cavab olaraq bildirib.

Ben-Qvir Baydenin şərhlərini tənqid edərək bildirib ki, İsrail ABŞ-ın demokratik rejimini təqdir etsə də, onlar İsrailin ABŞ bayrağındakı ulduz deyil, müstəqil bir ölkə olduğunu başa düşməlidirlər.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenin “İsrail hakimiyyəti ölkədə müxalifətin kütləvi etirazlarına səbəb olan məhkəmə islahatından imtina etməlidir” fikrinə sərt münasibət bildirmişdi.


AzVision.az


Teqlər:





Xəbər lenti