Herzi Halevi: "ABŞ-ın icazəsi olmadan da İrana dərs verməyə hazırıq”

      Herzi Halevi:    "ABŞ-ın icazəsi olmadan da İrana dərs verməyə hazırıq”
  07 Aprel 2023    Oxunub:962
“İsrail Müdafiə Ordusu bu gün həm uzaq ölkələrdə, həm də ölkəmizə yaxın yerlərdə zərbə endirmək qabiliyyətinə malikdir. Biz ABŞ-ın icazəsi olmadan da İrana dərs verməyə hazırıq”. "Əl-Ərəbiyyə"yə istinadən AzVision.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun (ÇAXAL) Baş Qərargah rəisi Herzi Halevi deyib.
Nəşr yazır ki, israilli general yaxın bir neçə ildə ÇAXAL-ın “İrana qarşı qabaqlayıcı zərbə endirmək” imkanlarını daha da genişləndirəcək. İranın coğrafi uzaqlığına baxmayaraq, belə bir zərbə "əzici" olacaq.

“Dayı” BiBi-yə qarşı – TƏHLİL
“Bu gün İranda fəaliyyətə hazırıq. Biz təkbaşına necə hərəkət edəcəyimizi bilirik. İsrail öz qərarlarını vermək hüququnu özündə saxlayan suveren bir dövlətdir. Əlbəttə ki, Ağ Evin gələcək münaqişədə bizim tərəfimizi tutması yaxşı olardı. Lakin bu, məcburi deyil”, - Halevi vurğulayıb.

“Al Arabia” qeyd edir ki, İsrail İranın artıq nüvə silahı hazırlamasının bir addımlığında olmasından şübhələnir. İran isə bu cür iddiaları inkar edir. Bununla belə, İsrail dəfələrlə xəbərdarlıq edib ki, Qərbin diplomatik səyləri Tehranın nüvə proqramını cilovlaya bilməsə, Təl-Əviv hərbi əməliyyatlara əl atacaq.

Qeyd edək ki, Baş Qərargah rəisinin hədələri Təl-Əviv və İran arasında gərginliyin artması fonunda səslənib. Bir neçə gün əvvəl İran İsraili Suriyada iki hərbçisini öldürməkdə ittiham edib və qisas alacağına söz verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   İran   ABŞ   ÇAXAL  





Xəbər lenti