Kirmanşahda "Xameneiyə ölüm!" şüarları ilə aksiya keçirilib - VİDEO

 Kirmanşahda  "Xameneiyə ölüm!"  şüarları ilə aksiya keçirilib    - VİDEO
  10 May 2023    Oxunub:1007
İranda siyasi problemlərlə bağlı etirazlar artmaqdadır.
Ölkədə tüğyan edən siyasi böhran azmış kimi, repressiv rejim insanları sosial-iqtisadi basqılar altında da saxlamağa çalışır.

Güney Azərbaycanda narazı müəllimlər aksiya keçiriblər - VİDEO
Amma müxtəlif peşə sahibləri, ziyalılar, pensiyaçılar ümumilikdə xalq tez-tez aksiyalar keçirərək rejimin sərt idarəçilik sisteminə öz etirazını bildirir. Son günlərdə isə narazı müəllimlər etiraz aksiyaları keçirirlər.

Belə aksiyalardan biri Kirmanşah şəhərində təşkil olunub. Hüquqları pozulan müəllimlər küçələrə axışaraq yolu bağlayıblar. Etirazçılar "Xameneiyə ölüm olsun!", "Azadlıq, azadlıq!" şüarları səsləndiriblər.
Qeyd edək ki, ötən ilin sentyabr ayında Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar tez-tez meydanlara toplaşaraq azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər.

AzVision.az



Teqlər:   İran   Etiraz   Müəllim  





Xəbər lenti