İranlılar valiliyin həyətinə boş süfrə sərərək etiraz etdilər - FOTOLAR

   İranlılar valiliyin həyətinə boş süfrə sərərək etiraz etdilər    - FOTOLAR
  10 May 2023    Oxunub:1347
İranda vətəndaşlar etirazlarını maraqlı formada nümayiş etdiriblər.
AzVision.az xəbər verir ki, Kermanşah əyalət valiliyinin işçiləri məişət problemlərinə görə valiliyin həyətində aksiya keçiriblər. Onlar yerə boş süfrə sərərək sosial-iqtisadi problemlərini qeyri-adi formada nümayiş etdiriblər.

Kirmanşahda "Xameneiyə ölüm!" şüarları ilə aksiya keçirilib - VİDEO
Qeyd edək ki, İranda siyasi problemlərlə bağlı etirazlar artmaqdadır. Ölkədə tüğyan edən siyasi böhran azmış kimi, repressiv rejim insanları sosial-iqtisadi basqılar altında da saxlamağa çalışır.

Amma müxtəlif peşə sahibləri, ziyalılar, pensiyaçılar ümumilikdə xalq tez-tez aksiyalar keçirərək rejimin sərt idarəçilik sisteminə öz etirazını bildirir.



AzVision.az



Teqlər:   İran   Etiraz  





Xəbər lenti