Onun sözlərinə görə Türkiyə Böyük Millət Məclisində "Cumhur İttifakı" çoxluğu qazanıb.
"Artıq bəllidir ki, cənab Ərdoğan mayın 28-də keçiriləcək ikinci turda açıq-aşkar birinci olacaq və Türkiyə Respublikasının 13-cü prezidenti seçiləcək".
![]() |
Keçmiş milli futbolçular deputat seçildilər |
Qeyd edək ki, ötən gün Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri keçirilib. Dövlət başçısı postu uğrunda üç namizəd - hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparıblar.
Səsvermə bülletenlərinin 99,37%-i sayılıb . Son məlumata görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan: 49,42%-lə öndədir. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,95%, Sinan Oğan isə 5,20% səs toplayıb.
Şahanə Rəhimli
AzVision.az