İranda gənc fəal oğurlandı - FOTO

   İranda gənc fəal oğurlandı    - FOTO
  16 May 2023    Oxunub:1361
İranda aktiv gənclərə qarşı təzyiqlər artmaqdadır.
AzVision.az xəbər verir ki, bu dəfə gənc fəallardan biri yoxa çıxıb. Sosial şəbəkələrin İran seqmentində yayılan məlumatlara görə, o oğurlanıb.

"HENGAW ORGANIZATION FOR HUMAN RIGHTS"ın yaydığı məlumata görə İranın İlam əyalətinin Abdanan şəhərindən olan Məhəmməd Daniyali adlı mədəni tədbirlərdə fəallığı ilə seçilən gənc hökumət qüvvələri tərəfindən Dehloran şəhərində oğurlanıb. 23 yaşlı aktivistin 23 fevralda xüsusi əməliyyatla naməlum istiqamətə aparıldığı iddia olunur. "Banar Abdanan" alpinist qrupunun da üzvü olan Daniyali bir müddət öncə Abdanandan Dehlarana iş üçün gəlibmiş.

İranda hökuməti tənqid edən din xadiminin oğlu öldürüldü - FOTO
Qeyd edək ki, İranda fəal gənclərin həbsə atılması, öldürülməsi və ya oğurlanaraq yoxa çıxması adi hal alıb. Buna səbəb ötən ilin sentyabr ayından Məhsa Əmini faciəsindən sonra ölkəni kütləvi iğtişaşlar və aksiyalar dalğasının bürüməsidir. “Human Rights Watch” təşkilatının iranlı tədqiqatçısı Tara Sepehrifər bu günlərdə verdiyi açıqlamada deyib ki, İran hakimiyyəti ədalət standartlarından uzaq məhkəmələrdə mühakimə olunanların qeyri-insani edam cəzasından “öz ölkələrində köklü dəyişikliklər istəyən etirazçıları qorxutmaq üçün istifadə edir”.

İnsanlar isə dayanmır, azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər. Vətəndaşlar son aylarda yenidən aktivləşərək küçələrə çıxıb etiraz edir , inqilabçı gənclər Xameneyiyə aid baner və fotolarla yanaşı, ayrı-ayrı dövlət qurumlarına od vururlar.

AzVision.az



Teqlər:   İran   Fəal   Etiraz  





Xəbər lenti