İnqilabçılar İranda polis komandanlığının binasını partlatdılar - VİDEO

   İnqilabçılar İranda polis komandanlığının binasını partlatdılar    - VİDEO
  15 May 2023    Oxunub:1883
İranda polis komandanlığının binası partladılıb.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin İran seqmentində məlumat yayılıb. “Azad İran” “Telegram” kanalı yazır ki, hadisə Tonekabon şəhərində baş verib.

Kermanda Süleymaninin abidəsi məhv edildi - VİDEO
Məlumata görə, şəhər polis komandanlığının binası inqilabçılar tərəfindən partladılıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayından Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər.

Vətəndaşlar son günlərdə yenidən aktivləşərək küçələrə çıxıb etiraz edir, inqilabçı gənclər Xameneyiyə aid baner və fotolarla yanaşı, ayrı-ayrı dövlət qurumlarına od vururlar.

AzVision.az



Teqlər:   İran  





Xəbər lenti