İran polisi hicaba görə bu dəfə xalqın tərəfini tutdu - VİDEO |
İnsanlar azadlıq, qadınlar tapdalanan hüquqlarının bərpasını tələb edirlər. Bir neçə aydır ki, İranda qadınlar rejimin sərt qayda-qanunları və hicabla bağlı tələblərinə müxtəlif formada etirazlar edirlər.
Son günlərdə artan dinc, mədəni etiraz formalarından biri isə hicabın çıxarılmasıdır. Artıq İranın müxtəlif bölgələrində qadınlar azad geyimdə gəzir və molla rejimi nə qədər çalışsa da, bunun qarşısını ala bilmir. Sosial şəbəkələrdə isə sərbəst geyimdə olan qadınların foto və videoları artmaqdadır.
AzVision.az