Fotosu yayılan suriyalının yalanı üzə çıxdı

   Fotosu yayılan suriyalının yalanı üzə çıxdı
  18 May 2023    Oxunub:1197
Ötən gün Suriyada baş verən zəlzələdən təxminən üç ay sonra dağıntılar altından sağ çıxarılan şəxs haqqında məlumat yayılmışdı. Bu barədə Axbar.fouri portalı yazmışdı.
Ancaq indi məlum olub ki, yazılanlar həqiqəti əks etdirmir. "An Nahar" nəşrinin məlumatına görə, fotosu yayılan şəxs Əhməd Əs-Susi dəri xəstəliyindən əziyyət çəkir.
Zəlzələdən 3 ay sonra dağıntılar altından sağ çıxarıldı - FOTO


İdlibdə yaşayan Əhmədin qardaşı onun şəklini və uydurduğu yalan hekayəsini internet resurslarından birinə təqdim edib. Bu yolla o qardaşının müalicəsi üçün pul əldə etmək istəyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   zəlzələ   Suriya  





Xəbər lenti