Georgian Airways Gürcüstan prezidentini persona non qrata elan etdi

   Georgian Airways Gürcüstan prezidentini    persona non qrata elan etdi
  21 May 2023    Oxunub:2189
Gürcüstanın “Georgian Airways” aviaşirkəti Gürcüstan prezidenti Salome Zurabişvili aviaşirkəti boykot etdiyini və onun xidmətlərindən imtina etdiyini bildirdikdən sonra onu persona non qrata elan edib.
"Airways"in təsisçisi Tamaz Qayaşvili bəyan edib ki, aviaşirkət əks boykot elan edir və bundan sonra dövlət başçısına xidmət etmək niyyətində deyil.

“Prezident bizim xidmətlərimizdən tez-tez istifadə edirdi, biz rəsmi şəkildə bəyan edirik ki, biz bundan sonra ona xidmət etməyəcəyik". Öz bəyanatında Qayaşvili onu da qeyd edib ki, o, ən azı qadın olduğu üçün prezident haqqında heç nə demək istəməyib, lakin “onun tamamilə məsuliyyətsiz bəyanatı başqa yol qoymayıb”. O analya bilmir ki, prezident sentyabrın 15-də rəsmi olaraq 30 yaşı tamam olan və dövlətlə çox iş görmüş öz ölkəsinin aviaşirkətini necə boykot edə bilər?

"İstənilən gürcü Gürcüstan üçün xanım Zurabişvilidən daha çox iş görüb. Vətən xaini kimi doğulan insan, görünür, insanlara, ölkənin maraqlarına, vətəninə necə xəyanət etdiyini hiss etmir", - aviaşirkətin təsisçisi bildirib.

Qayaşvili qeyd edib ki, aviaşirkət həmişə birliyin tərəfdarı olub və ölkəni təcriddən xilas etmək üçün hər şeyi edib. O xatırladıb ki, 2008-ci il hadisələrindən sonra gürcü pilotları lizinq və sığorta şirkətlərinin qəti etirazına baxmayaraq, dünyanın bir çox ölkələrinə uçuşlar həyata keçirib, siyasətçiləri, diplomatları və jurnalistləri gətiriblər ki, bu da ölkəni praktiki olaraq təcriddən xilas edib.
Dörd il sonra ilk Gürcüstan təyyarəsi Moskvaya uçub


Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili fövqəladə brifinqdə Rusiyaya uçmaq qərarına görə “Georgian Airways”i boykot etdiyini açıqlamışdı. Xatırladaq ki, Rusiya ilə Gürcüstan arasında hava hərəkətinə qadağa 2019-cu il iyulun 8-dən qüvvəyə minib.
İki ölkə arasında uçuşlar üçüncü dəfədir ki, dayandırılıb. Rusiya ilə Gürcüstan arasında hava əlaqəsi ilk dəfə 2006-cı ilin oktyabrında kəsilib.

Bu, Gürcüstan tərəfinin casusluqda ittiham etdiyi rus zabitlərinin sentyabrın 27-28-də Gürcüstanda həbsi ilə bağlı qalmaqal fonunda baş verib. 2008-ci ilin avqustunda Cənubi Osetiyada baş verən hadisələrdən sonra Gürcüstanla Rusiya arasında hava əlaqəsi ikinci dəfə kəsilib.

Üçüncü dəfə isə müxalifətin təşkil etdiyi anti-Rusiya etirazları fonunda hava əlaqəsi dayandırılıb. Buna səbəb Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstanda keçirilən Beynəlxalq Pravoslav Assambleyasının Baş Assambleyasının sessiyasında iştirakı olub.

4 ildən sonra ilk: Tbilisiyə Rusiya təyyarəsi endi - VİDEO

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Gürcüstan   Rusiya  





Xəbər lenti