"Ukrayna ordusu Baxmutu əldə saxlayır, irəliləyiş var" - Çerevatı

   "Ukrayna ordusu Baxmutu əldə saxlayır, irəliləyiş var" -    Çerevatı
  21 May 2023    Oxunub:1308
"Ukrayna Silahlı Qüvvələri Baxmutun cənub-qərb hissəsində binaları və istehkamları qoruyub saxlayır".
Ukrayna Ordusunun Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı telemarafonun efirində bildirib.
Ukrayna ordusu Baxmutu mühasirəyə alıb - Ukrayna MN


“Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkamı saxlayırlar. İtki riski az olan yerdə bölmələrimiz düşmənə əks-hücum edərək irəliləməyə çalışır. Xüsusilə, son 24 saat ərzində bəzi ərazilərdə 200 metrlik bölgədə irəliləyiş müşahidə olunub”, - Çerevatı bildirib.

O qeyd edib ki, Baxmut Rusiya ordusu üçün prioritet hədəf olaraq qalır və onlar hələ də şəhəri tam nəzarət altına almağa çalışırlar.

Ukrayna Prezident Ofisi Baxmutun işğalını təkzib etdi

Zelenski: "Ruslara əsir düşmək çətin olardı"

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Baxmut  





Xəbər lenti