İrəvandan KTMT-yə növbəti zərbə - Papikyan Minskə getmədi

   İrəvandan KTMT-yə növbəti zərbə -    Papikyan Minskə getmədi
  25 May 2023    Oxunub:862
Ermənistan növbəti dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) arxa çevirib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, müdafiə naziri Suren Papikyan Minskə getməyib. O, bu səbəbdən KTMT Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməyib.

"Faktı Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan təsdiqləyib. Nazirlikdən bunun səbəbləri ilə bağlı suala hələ ki, cavab verilməyib", - "Mamul" nəşri yazıb.

Qeyd edək ki, Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra KTMT ilə bağlı narazılıqlar xeyli artıb. Paşinyan bir neçə gün əvvəl şikayətlənərək deyib ki, "KTMT-yə üzvlük İrəvana silah əldə etməyə mane olur".

Tural Tağıyev
AzVision.az



Teqlər: KTMT   Ermənistan  





Xəbər lenti