Analitik və jurnalist Nairi Hoxikyanın mövzu ilə bağlı yazdığı məqalə isə diqqət çəkir. O qeyd edib ki, Rusiya son iki il ərzində Nikolun ABŞ və İngiltərəyə maksimum səviyyədə yaxınlaşmasına şərait yaradıb.
"Əliyev Soçidə hər kəsə öz yerini göstərdi" - Erməni analitik |
- O, Rusiyanın xeyrinə işləyən bir sənəd olacaq. Nikol isə həmin kağızda özünün siyasi ölümünü möhürləyəcək. Yenə deyirəm, bu yüksək ehtimal olunan hadisə, lakin dəqiq məlumat deyil. Ancaq son hadisələr bundan xəbər verir. Hər cümə axşamı Ermənistana silah-sursatla dolu təyyarə göndərən Rusiya siyasi əxlaqsızlığını heç vaxt unutmur və bağışlamır. Amerika dolları ilə yaşayana Qərb təbliğatçıları isə nə qədər qışqır bağır salsalar da ki, düşməni məhv edən artilleriyanın üzərindəki boya fransadan gəlib, yenə də ordumuzun silahları əsasən ruslarındır və onların əksəriyyəti Ermənistana pulsuz göndərilib. Nikol isə öz tərəfdarlarına Hindistan və Fransanın heç vaxt gəlib çatmayan dəhşətli silahlarından danışır, - Hoxikyan qeyd edib.
O həmçinin yazıb ki, "Ümid edirəm Rusiyadakı nüfuzlu ermənilər Putinə, onun ətrafına Ermənistanın və erməni xalqının Nikola heç bir aidiyyətinin olmadığını başa sala biliblər”.
Tural Tağıyev
AzVision.az