Səudiyyənin şahzadəsi ABŞ-ı Baydenin sözlərinə görə hədələyib
Vəliəhd şahzadə “artıq ABŞ administrasiyası ilə iş görməyəcəyini” bildirib və bu halda “Vaşinqtonu böyük iqtisadi nəticələrlə” hədələyib.
Nəşr xatırladıb ki, indi, səkkiz aydan sonra Bayden Ər-Riyada qarşı heç bir tədbir görməyib və Məhəmməd bin Salmanın Amerika administrasiyasının yüksək rütbəli nümayəndələri ilə görüşləri davam edir. Belə ki, iyunun 7-də Ciddədə o, ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar aparıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasından nəşrə bildirilib ki, administrasiya Səudiyyə Ərəbistanından gələn bu cür təhdidlərdən xəbərsizdir: “Birləşmiş Ştatlar ümumi maraqları və dünyanın digər hissəsi ilə bir-birinə bağlı olan daha təhlükəsiz, sabit və firavan region üçün ortaq istəyi irəliləmək üçün regionda mühüm tərəfdaş olan Səudiyyə Ərəbistanı ilə işləməyə davam edir”.
İlkin Nəcəfzadə
AzVision.az