Peruda 201 nəfər dange xəstəliyindən ölüb

   Peruda 201 nəfər dange xəstəliyindən ölüb
  09 İyun 2023    Oxunub:752
Perulu həkimlər ilin əvvəlindən bəri ölkədə denge qızdırmasından 201 nəfərin öldüyünü təsdiqləyiblər.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. "2023-cü ilin 22-ci həftəsinə qədər ölkədə 130 826 denge xəstəliyinə yoluxma halı aşkarlanıb, 201 ölüm də qeydə alınıb", - hesabatda deyilir.

Bu ilin ilk beş ayında Peruda 2022-ci illə müqayisədə iki dəfədən çox denge xəstəliyinə yoluxma halları təsdiqlənib. Ən çətin vəziyyət Perunun şimalındakı Piura departamentindədir, burada 40 minə yaxın adam xəstələnib.

Denge tropik və subtropik bölgələrdə üstünlük təşkil edən viral infeksiyadır. Onun simptomları yüksək hərarət, ürəkbulanma, səpgi, baş ağrısı və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı qan damarlarının çökməsi nəticəsində yaranan ağır daxili qanaxma ilə müşayiət olunur. Virusu Aedes aegypti ağcaqanadları daşıyır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti