Aşotun oğurlanması ilə bağlı məhkəmə iclası qapalı keçiriləcək
“Müdafiə tərəfi iclasın bağlı qapılar arxasında keçirilməsi ilə bağlı vəsatət verməyib. Məhkəmənin niyə belə bir qərar qəbul etdiyini başa düşməliyik”, - Akopyanın vəkili Varduhi Elbakyan bildirib.
Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə öldürülmüş erməni hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilinərək saxlanılıb.
Aşot deyib ki, onu oğurlamaqda təqsirləndirilən əsgər Jora Martirosyanın anası Qayane Akopyanın hansı məqsədlər ona qarşı belə davranmasından xəbərsizdir. O, avtomobilə öz istəyi ilə mindiyini bildirib. Baş nazirin oğlunun sözlərinə görə, ona yalnız maşında Yerablur hərbi panteonuna getdikləri barədə məlumat verilib.
Kiçik Paşinyan deyib: “Oğurlanmaya cəhd mənə maşından düşməyə icazə verilməyəndə başladı".
Barışıq və ümumilikdə cinayətlə bağlı işin bağlanmasına gəlincə, baş nazirin oğlu deyib ki, ədaləti o yox, müvafiq strukturlar həyata keçirməlidir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: