Şoyqunun oğlu səfərbərlikdən bir neçə gün öncə qaçıbmış - Araşdırma

   Şoyqunun oğlu səfərbərlikdən bir neçə gün öncə qaçıbmış -    Araşdırma
  09 İyun 2023    Oxunub:1398
Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnının komandası Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qeyri-qanuni oğlu ilə bağlı araşdırma aparıb.
Araşdırmada deyilir ki, 22 yaşlı Danila Şebunov Moskvanın mərkəzində iki ofis binasını icarəyə verməklə bir milyon rubl gəlir əldə edir. Navalnının həmfikirləri onu da iddia edirlər ki, Vladimir Putinin qismən səfərbərliklə bağlı bəyanatından bir neçə gün əvvəl Şebunov Rusiyadan Türkiyəyə gedib.

Hazırda Şoyqunun qeyri-qanuni oğlunun öz musiqi karyerası ilə məşğul olduğu bildirilir. Müğənni kimi ingilis dilində mahnılar yazır və "Sheba" təxəllüsü ilə kliplər çəkir.

Bir sıra KİV-in məlumatına görə, Danila Şebunov Sergey Şoyqunun və Fövqəladə Hallar Nazirliyinin uçuş heyətinin keçmiş stüardessası Yelena Şebunovanın oğludur. 2019-cu ildə The Insider Şebunovanın Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyi ilə müqavilələr əsasında milyardlarla rubl qazandığını bildirən bir araşdırma yayımlamışdı.

Onun Şoyqudan üç övladının olduğu da iddia edilib. Onların hamısı Rublyovkadakı "Prezident" elit məktəbinə gediblər. Orada təhsil ildə təxminən iki milyon rubla başa gəlir.

Qeyd edək ki, müdafiə naziri rəsmi olaraq İrina Şoyqu ilə evlidir. Onların bu nikahdan iki qızı var.
Şahanə Rəhimli
AzVision.az


Teqlər: SergeyŞoyqu  





Xəbər lenti