Kanada Senatı SEPAH-ı terror təşkilatı kimi tanımağa razılaşıb

Amma SEPAH komandirləri və üzvlərinə qarşı geniş sanksiyalar tətbiq etməsinə baxmayaraq, Kanada hökuməti hələ də İranın bu ideoloji hərbi qurumunu terrorçu qruplar siyahısına salmayıb. Rəsmi Ottava yalnız SEPAH-ın xaricdəki qolu olan Qüds qüvvələrini terrorçu qruplar siyahısına daxil edib. Bir müddət əvvəl isə Kanadanın İctimai Təhlükəsizlik naziri Marko Mendiçino, həmçinin SEPAH komandirləri və üzvləri də daxil olmaqla, İranın on minə yaxın yüksək rütbəli rəsmisinin bu ölkəyə girişinə daimi qadağa qoyulduğunu açıqlayıb.
Kanadadakı Beynəlxalq İnsan haqları mərkəzinin direktoru Ərdəşir Zarezadə ölkə Senatında SEPAH-ın terrorçu elan edilməsi təklifinin təsdiqini alqışlayaraq, öz tvitində gələn bazar ertəsi parlamentdə keçiriləcək iclasda SEPAH-ın terror qrupları siyahısına salınmasının səbəblərinin və bununla bağlı hökumətin addımlarının müzakirə olunacağını yazıb.
Hələ beş il əvvəl Kanada parlamenti SEPAH-ın terror qruplaşması kimi tanınması planını təsdiqləyib. 2017-ci ilin yayında Kanada parlamentində təsdiqlənmiş “İranla əlaqələri bərpa etmək üçün bütün danışıqları və müzakirələri dayandırın” başlıqlı bu planı baş naziri Castin Trüdo da dəstəkləyib. Kanada parlamentinin ABŞ tərəfindən dəstəklənən bu hərəkəti İran rəsmilərinin sərt tənqidi ilə üzləşib.
Qeyd edək ki, Kanadanın 2011-ci ilin sentyabrından bəri İranla əlaqələri yoxdur və o zaman Suriyaya münasibətdə “qeyri-şəffaf nüvə proqramı və İranın silah yardımı” na görə rəsmi Ottava Tehranla əlaqələri kəsib.
AzVision.az