Meta "Twitter"in analoqunu yaratmağı planlaşdırır

   Meta "Twitter"in analoqunu yaratmağı planlaşdırır
  09 İyun 2023    Oxunub:930
"Meta"nın məhsul üzrə direktoru Kris koks, "Twitter"in analoquna çevrilməli olan tətbiqi işçiləri təqdim etdi.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb. Şirkətin tətbiqi yaratması, Dalay Lama və müğənni Opri Uinston da daxil olmaqla, Twitter-i tərk etməsindən sonra ağıllı idarə olunan platforma tələbi ilə əlaqələndirilib. Yeni tətbiqin kod adının Project 92 olduğu bildirilir.

Daha əvvəl "Business Insider" xəbər vermişdi ki, İlon Mask 5 iyunda "Twitter"in baş direktoru vəzifəsini sakitcə tərk edib. Eyni zamanda, Mask hələ də şəbəkənin sahibidir.


AzVision.az


Teqlər:





Xəbər lenti