Orban Brüsseli səlahiyyətlərindən sui-istifadədə ittiham etdi

  Orban Brüsseli səlahiyyətlərindən sui-istifadədə ittiham etdi
  09 İyun 2023    Oxunub:773
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı Şurasının miqrantların bölüşdürülməsi ilə bağlı qərarını tənqid edib.
Baş naziri özünün feysbuk səhifəsində Brüsseli hakimiyyətdən sui-istifadədə ittiham edib: “Brüssel öz səlahiyyətlərindən sui-istifadə edir. Onlar miqrantları zorla Macarıstana aparmaq istəyirlər. Bu, qəbuledilməzdir!”. Orban hesab edir ki, Aİ Macarıstanı güc yolu ilə immiqrantlar ölkəsinə çevirmək istəyir.

Aİ ölkələri Polşa və Macarıstanın müqavimətinə baxmayaraq, miqrantların köçürülməsi məsələsində razılığa gəliblər.

Aİ Şurası qərara alıb ki, ölkələrin üç variantı olacaq: onlar miqrantları qəbul edə, qəbul edilməyənlərin pulunu ödəməli və ya əməliyyat yardımı deyilənləri seçə biləcəklər. Qaçqınları qəbul etməkdən imtina edən ölkələr adambaşına 20 min avro ödəməli olacaqlar. Bolqarıstan, Litva, Malta və Slovakiya sazişin lehinə səsvermədə bitərəf qalıb, Macarıstan və Polşa isə onu dəstəkləməyəcəklərini bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti