ABŞ və Fars Körfəzi Əməkdaşlıq Şurası İranla bağlı birgə bəyanat yayıb

   ABŞ və Fars Körfəzi Əməkdaşlıq Şurası İranla bağlı birgə bəyanat yayıb
  09 İyun 2023    Oxunub:1364
Yaxın Şərqdə və Kəngər körfəzində İranın destruktiv siyasətini daim diqqət mərkəzində saxlayan Vaşinqton və onun ərəb dünyasındakı müttəfiqləri Tehranın əl-qol açmasına yol vermək niyyətində deyillər.

AzVision.az xəbər verir ki, ABŞ və Fars Körfəzi Əməkdaşlıq şurasının üzvü olan ölkələr yaydıqları birgə bəyanatda Tehranla Ər-Riyad arasında münasibətlərin bərpasını təqdirəlayiq hal kimi qiymətləndirsələr də, İran hökumətinin region sularında gəmilərin hərəkəti ilə bağlı “qanunsuz və təcavüzkar” hərəkətlərinə qarşı durmaq zərurətini vurğulayıblar.

“Vaşinqton və ərəb dünyasındakı müttəfiqləri İranın istər sularda, istərsə də regionun hər hansı bir yerində - bu şuraya üzv ölkələrin gəmiçilik yollarını, qlobal ticarətini və ya neft obyektlərini təhdid edən istənilən hərəkətinə qarşı çıxacaqlar. Bu ölkələr Nüvə Silahlarının Yayılmaması müqaviləsini dəstəkləyir və İran hökuməti MAQATE ilə tam əməkdaşlıq etməlidir” - bəyanatda deyilir.

Bəyanatda ABŞ-nin dövlət katibi Entoni Blinkenin İran hökumətinin “terrorçu və cinayətkar paramilitar qruplara” dəstəyi, beynəlxalq sularda neft tankerlərini ələ keçirməsi və nüvə gərginliyini arırtması barədə dedikləri, Vaşinqtonun hələ də diplomatiyanın iqtisadi təzyiq, çəkindirmə və güclü müdafiə əməkdaşlığının dəstəyi ilə bu hərəkətlərin qarşısnı almağın ən yaxşı yol olduğuna inandığını bildirməsi də ehtiva olunub. Bəyanatı imzalayan ölkələr regionda gərginliyin azaldılması üçün birgə tədbirlər çərçivəsində diplomatiyaya sadiq qalaraq, tərəflər arasında “məsləhətləşmə, koordisiya və əməkdaşlıq”ın gücləndirilməsi ideyasını dəstəkləyiblər.

Sənəddə, həmçinin Yəmənə davamlı sülhün qaytarılmasına ümid ifadə olunmaqala yanaşı, insan haqlarının pozulması hallarının araşdırılması, ədalətin tətbiqi və Yəmən iqtisadiyyatının dirçəldilməsi üçün zəmin yaradılması zərurəti də qeyd olunub.
AzVision.az


Teqlər: İran   körfəz  





Xəbər lenti