İranın din xadimi: “Silah əvəzinə insanların qarnını doyurun”

      İranın din xadimi: “Silah əvəzinə insanların qarnını doyurun”
  09 İyun 2023    Oxunub:948
Ölkədəki ağır sosial-iqtisadi vəziyyətə baxmayaraq, İran hökuməti silahlanmaya milyardlarla dollar həcmində vəsait xərcləməyə daha çox üstünlük verir. Hakimiyyətin belə siyasəti yoxsulluq içində boğulan cəmiyyətdə ciddi narazılıq və ikrah hissləri doğurur.
AzVision.az xəbər verir ki, İranın sünni din xadimi Mövləvi Əbdül Həmid Zahidanda cümə namazındakı həftəlik çıxışında İranın hipersəs raketi istehsalına başlamasını tənqid edib. Onun sözlərinə görə, müdafiə üçün qabaqcıl silahların ortaya çıxmasına sevinməkdənsə, vətəndaşlar silah əvəzinə insanların, hər gün küçələrdə qışqıran adamların mədələrinin doymasına daha çox sevinərlər.

“Hökumət ağır hərbi xərclər xərcləmək əvəzinə xalqın ağır iqtisadi vəziyyəti haqqında düşünsün. Yuxarıda oturanlar kəndlərdə, şəhərlərin kənarında nə baş verdiyini bilmirlər. Hətta ölkəmizin mərkəzi olan Tehranda da həyat ağırdır. İran xalqı böyük sərvətə və bütün imkanlara malikdir. Lakin onlar aclıqdan ölür, pulları dəyərdən düşüb, ticarətləri səngiyib və bütün işlər çətinliklərlə üz-üzədir. Əgər mən nalə çəkirəmsə, mənim naləm bu insanların naləsidir. Millətin naləsi insanı inildədər”, - Əbdül Həmid deyib.

Qeyd edək ki, 3 gün əvvəl SEPAH Aerokosmik qüvvələri təqim etdikləri “Fəttah” adlı raketin “hipersəsli” olduğunu və “bütün raketdən müdafiə sistemlərindən keçə biləcəyini” bildirib. Lakin bu iddianı təsdiqləyən heç bir dəlil-sübut təqdim olunmayıb. Bu münasibətlə keçirilən mərasimdə İran prezidenti İbrahim Rəisi də iştirak edib və deyilənlərə görə, raketin adını da şəxsən seçib.
AzVision.az


Teqlər: Mövləvi   İran  





Xəbər lenti