Əli Əsədov Putinlə görüşdə - FOTOLAR

   Əli Əsədov Putinlə görüşdə  -    FOTOLAR
  09 İyun 2023    Oxunub:1089
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb.

Ə.Əsədov görüşdə çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Baş nazir Azərbaycan-Rusiya strateji tərəfdaşlığının ikitərəfli gündəliyində yer alan məsələlərə də toxunub.


AzVision.az



Teqlər:





Xəbər lenti