Qazaxıstan Prezidenti yanğına görə naziri işdən çıxarıb

Qazaxıstan Prezidenti yanğına görə naziri işdən çıxarıb
  10 İyun 2023    Oxunub:1096
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, nazirin işdən çıxarılması respublikanın şərqində davam edən böyük meşə yanğını fonunda baş verib. Yanğın nəticəsində meşə təsərrüfatının 3 işçisi həlak olub, daha 11 nəfər itkin düşüb. Təbii fəlakət zonasından 316 nəfər təxliyə olunub. Yanğınla mübarizəyə helikopter və hərbi qulluqçular cəlb edilib.

Kasım-Jomart Tokayev Vyetnama planlaşdırılan səfərini də əxirə salıb. Dövlət başçısının operativ müşavirə keçirmək və təbii fəlakətdən zərər çəkmiş vətəndaşlara yardım məqsədilə tədbirlər görmək üçün bölgəyə gedəcəyi bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti