Əfqanıstandan su tələb edən İran Rusiyaya su satır
- Hazırda İranda adambaşına qablaşdırılmış su istehlakı təxminən 25 litr, Türkiyədə 150 litr, qonşu ölkələrdə isə 100 litrdən yuxarıdır. Bizim məhsullarımız ev təsərrüfatının iqtisadiyyatından və güzəranından çox asılıdır, ona görə də təbii olaraq, ev təsərrüfatının sıx və inflyasiya şəraitində olduğu zaman, qablaşdırılmış su dərhal ev təsərrüfatının səbətindən çıxarılır”, - Foruhər deyib.
Ölkənin nəhəng içməli su ixracı İranın əhəmiyyətli hissəsinin ciddi içməli su çatışmazlığı ilə üzləşdiyi bir vaxta təsadüf edir. Xüsusilə, Xuzistanla birlikdə Sistan və Bəluçistan əyalətlərinin vəziyyəti kritik qiymətlədirilir, ölkə kəndlərinin 20%-i isə milli su şəbəkəsinə çıxışdan məhrumdur.
Belə acınacaqlı vəziyyət fonunda şirin (içməli) su ehtiyatlarına görə dünyada ikinci yeri tutan Rusiyaya (birinci yer Braziliyaya məxsusdur) qablaşdırılmış içməli su satması ən azı təəəccüblü görünür. Çünki Rusiyanın içməli su ehtiyatları bu göstərici üzrə dünya ölkələri arasında 58-ci yeri tutan İranın resurslarından 33 dəfə çoxdur.
AzVision.az