ABŞ konqresmenləri Avropa ölkələrinin liderlərini tələsdirirlər
- İran JCPOA əsasında üzərinə götürdüyü mühüm öhdəlikləri yerinə yetirməyi dayandırıb, nüvə proqramını inkişaf etdirir və təxminən dörd il ərzində bütün diplomatik təklifləri rədd edib. İran yeni nəsil sentrifuqaların istismarında və silah gücünə yaxın zənginləşdirilmiş uranın əldə edilməsindəki irəliləyişindən dönən deyil. İranla yeni razılaşma yönündə danışıqlar aparılsa belə, Tehrana ilkin JCPOA-ya daxil olunmuş “gün batımı bəndini” saxlamağa icazə vermək hər hansı yeni razılaşmanı dəyərsiz edəcək”, - məktubda vurğulanır.
Məktubu imzalayan Respublikaçılar partiyasının üzvü Klaudiya Tenni “Jewish Insider”ə indi İrana qarşı cəsarətli və qəti hərəkətlərin vaxtı olduğunu deyib. Onun sözlərinə görə, İrana qarşı əvvəllər ləğv edilmiş sanksiyaların bərpası nüvə qəsbinin ciddi nəticələri olduğu barədə İrana açıq mesaj verir.
AzVision.az