Hərbi cani Sarkisyan media və siyasi proseslərdən qaçır

Hərbi cani Sarkisyan media və siyasi proseslərdən qaçır
  12 İyun 2023    Oxunub:763
Ermənistanın eks-prezidenti, hərbi cani Serj Sarkisyan uzun müddətdən sonra üzə çıxıb.
AzVision.az xəbər verir ki, "Mamul" saytı siyasi proseslərdən və mediadan kənar gəzən Sarkisyanın erməni siyasətçi Andranik Marqaryanın doğum günü münasibətilə panteonu ziyarət etdiyini yazıb.

"O, Andranik Marqaryanın xatirəsini ehtiramla yad etdikdən sonra jurnalistlər Ermənistanın üçüncü prezidentinə sual ünvanlamağa çalışıblar. Müxbirlərdən biri Serjin rəhbərlik etdiyi siyasi təşkilatın hansı addımlar atacağını soruşub. Ona "küçə mübarizəsimi olacaq, yoxsa bütün baş verən siyasi rəzalətləri dinməzcə seyr edəcəksiniz?". Maraqlıdır ki, Serj Sarkisyan jurnalistləri yola verərək qısaca “Hər şeyin vaxtı var” deyərək ərazidən uzaqlaşıb", - yerli media yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti