"Çox səmimi və açıq sözlü idi" - Putin Berluskonidən danışdı
Prezident bildirib ki, Berluskoni dünya səviyyəli siyasətçi idi və indi onun kimisi beynəlxalq arenada azdır. Putin qeyd edib ki, Rusiya ilə NATO arasında münasibətlərin inkişafının təşəbbüskarı məhz Berluskoni olub. Rusiya lideri Berluskoninin ölümünü dünya siyasəti üçün itki adlandırıb.
“Bir siyasətçi üçün o, qeyri-adi bir insan idi. Çünki çox səmimi və açıq sözlü idi. Üstünlüyü o idi ki, düşündüklərini deyirdi. Çox heyif. Mən İtaliya xalqına və cənab Berluskoninin bütün yaxınlarına səmimi təəssüfümü və başsağlığımı bildirmək istəyirəm”, - Rusiya prezidenti bildirib.
Bundan əvvəl Putin İtaliya prezidenti Sercio Mattarellaya Berluskoninin ölümü ilə bağlı başsağlığı verib. Putin müraciətində Berluskonini əziz insan və əsl dost adlandırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: