Lukaşenko: "Rusiyadan taktiki nüvə silahını mən istəmişəm"

      Lukaşenko:   "Rusiyadan taktiki nüvə silahını mən istəmişəm"
  13 İyun 2023    Oxunub:822
"Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsini mən tələb etmişəm. Bu cür silahlara sahib olan ölkə ilə demək olar ki, heç kim döyüşmək istəmir".
AzVision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.

"Əvvəlcə mən Rusiya prezidenti Vladimir Putindən xahiş etdim. Sonra ondan mənə strateji deyil, taktiki nüvə silahları verməsini təkidlə tələb etdim".

Lukaşenko hazırda ölkədə strateji nüvə silahlarının yerləşdirilməsinə ehtiyac olmadığını qeyd edib. Lakin o vurğulayıb ki, belə silahlar üçün lazımi sahələr hazırlanır.

"Dünyada heç kim nüvə enerjisi ilə müharibə aparmayıb və mən onların bizimlə döyüşməsini istəmirəm. Belə bir təhlükə varmı? Bəli. Mən bu təhlükənin qarşısını almalıyam.Təbii ki, bu silahdan istifadə edilməsini istəməzdim, amma bizə qarşı hücum olarsa, heç bir tərəddüd olmayacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti