ABŞ-dan XİN başçılarının təxirə salınan görüşü ilə bağlı açıqlama

 ABŞ-dan XİN başçılarının təxirə salınan görüşü ilə bağlı    açıqlama
  14 İyun 2023    Oxunub:917
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu həftə Vaşinqtonda planlaşdırılan danışıqların növbəti raundu qrafiklə bağlı problemlərə görə təxirə salınıb".
AzVision.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

"Təəssüf ki, bu görüş planlaşdırma problemlərinə görə 100%-ə çata bilmədi və biz bunu mümkün qədər tez keçirməyi səbirsizliklə gözləyirik" ,- Miller bildirib.

ABŞ Dövlət Departamentinin nümayəndəsinin qeyd edib ki, Vaşinqton həll edilməmiş məsələlərin həlli üçün birbaşa dialoqun əsas olduğuna inanmaqda davam edir.

"Biz razılığın əldə olunacağına inanırıq", - diplomat deyib.

Bundan əvvəl bildirilmişdi ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında iyunun 12-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulan müzakirələrin növbəti raundu təxirə salınıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: XİN  





Xəbər lenti