Terrorçuların sığınacaqları vuruldu

   Terrorçuların sığınacaqları vuruldu
  14 İyun 2023    Oxunub:717
Türkiyə ordusu Suriyanın şimalında ölkədə qadağan olunmuş kürd qruplaşmalarının 41 döyüşçünü məhv edib. Bu barədə çərşənbə günü Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Söhbət PKK və Suriya kürdlərinin “Xalq Özünümüdafiə Qüvvələri”ndən gedir. Ankara bu təşkilatları əlaqəli hesab edir və onları terrorçu kimi tanıyır.

"Bizim bazalarımıza hücum edən terror təşkilatlarından hesab tələb etməkdə davam edirik. Silahlı qüvvələrimiz Tel Rıfat və Mənbic bölgələrində gizləndikləri sığınacaqları məhv edərək 41 terrorçunu zərərsizləşdirib", - nazirlikdən verilən açıqlamada deyilir.

İyunun 11-də Türkiyə Müdafiə Nazirliyi Suriyada 7 PKK üzvünün zərərsizləşdirildiyini açıqlayıb. Onlar Türkiyənin Cibrin bazası və Onjupinar polis bölməsinin ərazisinə minaatan və raket zərbələri endiriblər. Türkiyə Silahlı Qüvvələri cavab zərbələri endirərkən haubitsalardan və çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: terror  





Xəbər lenti