Bəharə Hidayət: Münaqişə məyusluğa səbəb olacaq

    Bəharə Hidayət:  Münaqişə məyusluğa səbəb olacaq
  14 İyun 2023    Oxunub:908
“Müxalifət qüvvələri, xüsusən də xaricdəki qüvvələr arasında münaqişə xalq arasında məyusluğu artıracaq”. Həbsdə olan siyasi fəal Bəharə Hidayət dərc olunan yeni məktubunda belə deyib.
AzVision.az xəbər verir ki, Bəharə Hidayət bəzi siyasi qüvvələrin öz işini görmək əvəzinə, faydasız çəkişmələri qızışdırmaqla bağlı ehtiyatsız davrandıqlarını bildirib. Onun sözlərinə görə, məqsədi unutmaq nəticəsində, bu sahəni şəxsi istəklər üzündən itirilsə, bu torpağın tarixi mübarizə aparanları bağışlamayacaq.

- Təxribat ideyası və onun zəruriliyi insanların həyatında aktual olsa da, müxalifətin elə bir günü yoxdur ki, özünün bir parçasını öldürməsin, eyni zamanda acıdan böyüyən ümidləri tapdalamasın. Bu münaqişələrin əsas mənbəyi şəxsi motivlərdir ki, bu da məzhəbçiliyə gətirib çıxara bilər. Hər kəs bir fürsət üçün zahirən legitim olan ideyanın bir hissəsini çıxarıb siyasi atmosferə atır. Müxalifət hər şeyi deyib, heç nə deməməkdən əziyyət çəkir”, - məktubda deyilir.

Belə təhlükənin təsdiqi kimi o, bu ilin fevralında Vaşinqtonun Corctaun universitetində keçirilən “İran Demokratiya Hərəkatının Gələcəyi” adlı toplantıdan sonrakı reallığı misal gətirir. Həmin yığıncaqda Şahzadə Rza Pəhləvi, Hamid İsmailiyun, Məsih Əlinejad və Nazənin Bünyadi birbaşa iştirak ediblər. Şirin Əbadi, Abdullah Möhtədi, Gülşiftə Fərahani və Əli Kərimi isə video zənglə onlara qoşulublar. Lakin fikir ayrılıqları yarandıqdan sonra “Məhsa Nizamnaməsi” kimi tanınan “İranın Həmrəyliyi və Azadlığı Təşkilatı” adlı 17 bəndlik nizamnamənin dərcindən iki ay keçməmiş bu koalisiya dağıldı.

Əvvəllər 7 il həbsdə olan Bəharə Hidayət SEPAH-ın Ukrayna təyyarəsini vurmasına etiraz etdiyinə görə həbs cəzasının 4 ilini çəkmək üçün hazırda Evin həbsxanasına köçürülüb. Bu həbsxana isə son zamanlar edam hökmü kəsilənlərin saxlanıldığı yer kimi “məşhur”laşıb.
AzVision.az


Teqlər: İran   müxalifət  





Xəbər lenti