NATO ölkələrinin müdafiə nazirləri bu gün görüşəcək
Onun sözlərinə görə, görüş NATO-ya üzv dövlətlərin liderlərinin iyulun 11-12-də Vilnüsdə keçiriləcək iclasına hazırlıqla bağlı baş tutacaq.
O qeyd edib ki, görüşdə Ukrayna ilə həmrəylik və Ukraynaya dəstək, həmçinin müdafiə istehsalı planları, NATO-nun çəkindirmə və müdafiə strategiyası, təhlükəsizliyin nüvə aspektləri müzakirə olunacaq.
Həmçinin Ukraynanın müdafiə naziri ilə birlikdə NATO-Ukrayna Komissiyası və Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçiriləcək. Ukraynanın təhlükəsizlik və müdafiə sektorunun maliyyələşdirilməsi və islahatları məsələləri müzakirə olunacaq.
AzVision.az
Teqlər: