Türkiyədə kütləvi zəhərlənmə olub

Türkiyədə kütləvi zəhərlənmə olub
  15 İyun 2023    Oxunub:814
Türkiyənin İzmir şəhərində 11 nəfər qidadan zəhərlənib.
AzVision.az bu barədə “Haber Global”a istinadən xəbər verir. Hadisə Əliağa rayonunda qeydə alınıb.

Bir müddət əvvəl istifadəyə verilən ictimai-iaşə müəssisəsondə günün müxtəlif saatlarında toyuq əti və düyü yeyən 11 nəfər axşam saatlarında qusma və ürəkbulanma şikayətləri ilə Əliağa Dövlət Xəstəxanasına müraciət edib. Tibbi müayinədən sonra onların müalicələrinə başlanılıb.

Hadisə ilə bağlı təqiqat aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti