Türkiyə səfirliyi: Şuşa Bəyannaməsinin ikinci ildönümü mübarək olsun

      Türkiyə səfirliyi:    Şuşa Bəyannaməsinin ikinci ildönümü mübarək olsun
  15 İyun 2023    Oxunub:991
“Şuşa Bəyannaməsinin hədəfləri və ortaq perspektivləri çərçivəsində Can Azərbaycanla əlaqələrimizi inkişaf etdirməyə davam edəcəyik”.
AzVision.az xəbər verir ki, bu, Türkiyənin Azərbaycandakı səfirliyinin tviter səhifəsindəki paylaşımda qeyd olunub.

Səfirlik Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib: “Azərbaycanla tarixi əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin ikinci ildönümü mübarək olsun”.

Qeyd edək ki, bu gün "Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının ikinci ildönümüdür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti