"İnsanlar kefindən takisdən istifadə etmir" - Fazil Mustafa
Deputat bildirib ki, digər sahələrdə problemi həll etməliyik ki, taksi sahəsinə peşəkarlar gəlsin: "Xaricdə bu sahə ilə peşəkar sürücülər məşğul olur. Bu gün nəqliyyatın idarəolunmasının problemini Azərbaycan vətəndaşı daşımış olur. Tıxaclarla bağlı məsələdə taksini bəhanə etmək doğru deyil. Metroda xidmət yüksək səviyyədə qurulub ki, insan taksidən istifadə edir? Kefindən istifadə etmir. İnsanların yaşayış səviyyəsi aşağı düşdüyünə görə, ən ucuz nəqliyyat vasitəsi kimi 4 nəfər yığışıb hərəsi bir manat verib taksidə gedirlər. Buna nəqliyyat problemi kimi deyil, sosial problem kimi baxmaq lazımdır".
AzVision.az
Teqlər: taksi