ABŞ hələ də Rusiya uranına ehtiyac duyur

   ABŞ hələ də Rusiya uranına ehtiyac duyur
  15 İyun 2023    Oxunub:824
ABŞ-ın Ukraynadakı hərbi əməliyyatına görə Rusiya ilə iqtisadi əlaqələri kəsməyə cəhd etməsinə baxmayaraq, Vaşinqton hələ də Moskvadan zənginləşdirilmiş uran alır.
Bu barədə “The New York Times” yazır. Nəşrin məlumatına görə, ABŞ şirkətləri bu yanacağa görə Rusiyaya təxminən 1 milyard dollar ödəyirlər.

Məqalə müəllifi qeyd edib ki, ABŞ mədən yanacaqlarından uzaqlaşmaq istəyir, ona görə də onun nüvə enerjisindən asılılığı artmaqda davam edəcək. Ölkənin istifadə olunan zənginləşdirilmiş uranın təxminən üçdə biri Rusiyadan, qalan hissəsi isə Avropa ölkələrindən idxal edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti